Türkiyəli futbol mütəxəssisi Nihat Kahveci "Neftçi"nin hücumçusu Freddi Varqasın "Karvan-Yevlax"ın qapısına vurduğu baxımlı qoldan danışıb.
QOL.az xəbər verir ki, Yutubda yayımlanan "Kontraspor" verilişinin daimi eksperti olan veteran futbolçu bildirib ki, venesuelalı vingerin qolu çox gözəl alınıb.
Qeyd edək ki, Varqasın bu qolunun videosu klubun sosial media hesabında 25 milyondan çox izlənib.