Türkiyənin 33 vilayətində dələduzlara qarşı əməliyyat keçirilib və cinayət yolu ilə 8,7 milyard lirə (191 milyon 714 min dollar) əldə edildiyi aşkarlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında yazıb.
"8,7 milyard TL-lik nəhəng bir cinayət gəlirinin aşkar edildiyi bu əməliyyat çərçivəsində bütün təqsirkarlar barəsində lazımi hüquqi tədbirlər həssaslıqla davam etdirilir", - A. Gürlek bildirib.
Qeyd edək ki, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də Xəzinə və Maliyyə Nazirliyinin birgə əməliyyatından sonra oxşar tədbirlər davam etdirilir.