AZ

20-yə yaxın avtomobil distribütoru və satıcısının nümayəndələri Dövlət Agentliyində olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində avtonəqliyyat vasitələrinin satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının, eləcə də 20-yə yaxın avtomobil markasının rəsmi distribütor və satıcılarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2026-cı il üçün Yol Xəritəsi”ndə yer alan tapşırıqların icrası məqsədilə keçirilən görüşdə istehlakçı məmnuniyyətinin təmin olunmasına yönəlmiş tədbirlər müzakirə edilib.

İstehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, onların məlumat almaq hüququnun pozulması, zəmanət öhdəliklərinə əməl olunmaması kimi halların aradan qaldırılması istiqamətində qanunvericiliyin tələbləri izah olunub. Bu məqsədlə məhsullara dair zəruri məlumatların tam və dolğun şəkildə təqdim edilməsinin vacibliyi vurğulanıb.

Sonda Agentlik tərəfindən bazar iştirakçılarının məsuliyyətli davranışı və hüquqi maarifləndirmə yönündə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət AgentliyiAzərbaycan avtomobil bazarıavtonəqliyyat vasitələrinin satışıAzərbaycanda avtomobil satışıAvtomobil Dilerləri AssosiasiyasıAzərbaycan avtomobil dilerləriavtomobil distribütorları Azərbaycanekoloji təmiz nəqliyyat vasitələri2026 Yol Xəritəsi nəqliyyatelektrik avtomobilləri Azərbaycannəqliyyat infrastrukturunun təkmilləşdirilməsiistehlakçı hüquqlarının qorunmasıistehlakçı məmnuniyyəti avtomobil bazarıavtomobil zəmanət öhdəlikləriavtomobil satış müqavilələriistehlakçı hüquqlarının pozulmasıAzərbaycan avtomobil bazarında nəzarətbazar iştirakçıları görüşavtomobil sektorunda qanunvericilikekoloji nəqliyyatın təşviqiAzərbaycan avtomobil sektoru xəbərləriavtomobil idxalı və satışıAgentlik sahibkarlarla görüşavtomobil bazarında istehlakçı hüquqları
Seçilən
25
3
marja.az

4Mənbələr