Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) səbəbilə bəzi küçələrə müvəqqəti xüsusi zolaqların çəkilməsinə başlanılıb.
Far.Az xəbər verir ki, artıq bəzi yollarda mövcud olan buz zolaqlara məlumatverici nişanlar quraşdırılanadək daxil olmaq olar.
Belə ki, AYNA-nın məlumatına görə, əgər zolaqlarda Avtobus zolağı olduğunu bildirən nişan varsa bura daxil olmaq olmaz, yoxdursa olar.
Tədbir başa çatdıqdan sonra həmin müvəqqəti zolaqlar ləğv ediləcəl və yollarda hərəkət əvvəlki qaydada tənzimlənəcək.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sesiyası mayın 17–22 tarixlərində baş tutacaq.