Kiprin “Omoniya” klubunun futbolçusu Jali Muaddibin “Qarabağ”a keçidi təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə kiprlilərin baş meneceri Giorqos İrakleus açıqlama verib. Klub rəsmisi 25 yaşlı fransalı vingerin Azərbaycan təmsilçisi ilə müqavilə imzaladığını bildirib:
“Qarabağ”la Muaddib arasında ilkin razılaşma var və gələn ildən o, artıq bizimlə olmayacaq. Ancaq deməliyəm ki, futbolçu aylar əvvəl bizə “Qarabağ”ın ona maraq göstərdiyini bildirmişdi”.
Qeyd edək ki, Jali Muaddibin “Omoniya” ilə sözləşməsi mövsümün sonuna qədər olduğundan, oyunçu yayda “Qarabağ”a azad agent kimi keçəcək.