Gəncədə körpüdən çaya yıxılan qadın xilas edilib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə mayın 11-i saat 17 radələrində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Şəbnəm Rzayeva şəhər ərazisindəki körpüdən çaya düşüb.
Yaxınlıqdakı şəxslərin köməyi ilə xilas edilən qadın xəstəxanaya yerləşdirilib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ş.Rzayevanın vəziyyəti orta-ağırdır.
Araşdırmalar aparılır.
"Cebheinfo.az"