AZ

Sabirabadda ekoloji normaları pozan sürücülərlə bağlı tədbir keçirildi

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Regional Ekologiya İdarəsi əməkdaşları tərəfindən avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə birgə profilaktik tədbir keçirilib.

Avtosfer.az-ın məlumatına görə, tədbir çərçivəsində nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Onlara avtomobillərin texniki sazlığının daim nəzarətdə saxlanılmasının vacibliyi, eləcə də atmosferə atılan zərərli qaz tullantılarının yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib.

Yoxlamalar zamanı atmosferə normadan artıq zərərli tullantı ixrac edən nəqliyyat vasitələri aşkarlanıb. Həmin sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
1
avtosfer.az

2Mənbələr