Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Trump Çinə qarşıdakı səfəri fonunda hər iki ölkəni “böyük işlərin” gözlədiyini bildirib.
Sherg.az xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin Truth Social sosial şəbəkəsində dərc olunub.
“Çinə - heyrətamiz bir ölkəyə, hamının hörmət etdiyi lider, Prezident Xi Jinping ilə görüşə gedəcəyim üçün səbirsizliklə gözləyirəm. Hər iki ölkə üçün böyük işlər baş verəcək”, - paylaşımda deyilir.
Trampın Çinə dövlət səfəri 13–15 may tarixlərinə planlaşdırılıb. Bu, onun 2017-ci ildən sonra Pekinə ilk səfəri olacaq. Əvvəlcə siyasətçilərin görüşünün martın sonunda keçirilməsi nəzərdə tutulsa da, İrandakı müharibə səbəbindən səfər təxirə salınıb.
CNBC telekanalının Ağ Ev nümayəndəsinə istinadən yaydığı məlumata görə, Tramp ABŞ-nin ən böyük şirkətlərinin rəhbərlərini də Çin səfərində onu müşayiət etməyə dəvət edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.