Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bizon ölkə kubokunun finalı - "Sabah" - "Zirə" matçıyla bağlı daha bir maraqlı məqam hansı hakimin iş başında olacağıdı. Ona görə ki, mövsüm ərzində bir çox ədalət təmsilçisinin, hətta ən təcrübəli FİFA referisi Əliyar Ağayevin də kobud səhvlərini gördük. Hakimlər Komitəsinin sədri Rəhim Həsənov nə hakimləri ifşa etməkdən çəkindi, nə də onların cəzalandırılmasından. Odu ki, mövsüm ərzində avrokubokların bütün turnirlərində oyun idarə edən Əliyar bəy özünü mayın 8-də əvəzedicilər liqasında keçirilən "Zirə 2" - "Sumqayıt 2" oyununda tapdı.Maraqlıdı, bəs, final oyununu kim idarə edəcək? Düzdü, hələ təyinatlar açıqlanmayıb. Lakin "Football-plus.az" mümkün namizədlərə nəzər yetirməyə, ən doğru seçimin kim olacağını proqnozlaşdırmağa ehtiyac duydu.Təbii ki, belədə FİFA referilərini yada salmaq lazımdı. Əvvəla onu bildirək ki, Əliyar Ağayev məhz "Turan Tovuz"la kubok matçında "Zirə"nin əleyhinə iki penalti təyin etmədiyinə görə ağır cəza almışdı. Yəni onun təyinatı heç bir məntiqə sığmaz. Bu da əvəzedicilər liqası deyil ki... Bəli, Kamal Umudlu, Elçin Məsiyev və Tural Qurbanov da səhv qərarlara imza atıb. Ancaq onları, yumşaq desək, bağışlamaq mümkündü.29-cu turun "Neftçi" - "Qarabağ" derbisindən üzüağ çıxan Tural Qurbanova mövsüm ərzində daha bir neçə taleyüklü matç tapşırılıb. O, dəfələrlə avrokuboklar uğrunda mübarizə aparan komandaların duellərini idarə edib. Elçin Məsiyev cari "futbol ili"ndə "Qarabağ"ın "Neftçi"yə qarşı 1, "Sabah"a qarşı 2 matçında iş başında olub. Onun bu mövsüm avrokuboklarda 6 matç idarə etdiyini, həmçinin həmkarı Tural bəy kimi avrokubokları hədəfləyənlərin qarşılaşmalarında fit çaldığını unutmayaq. Kamal Umudlu üçün isə mövsüm ərzində ölkə daxilində ən ciddi tapşırıq 18-ci turun "Zirə" - "Sabah" oyunu olub. Konfrans Liqasının təsnifat mərhələsində idarə etdiyi bir oyun da öz yerində.Kəsəsi, cari mövsümün göstəriciləri finalı Elçin Məsiyevin idarə etməsinin daha məqbul olduğunu deyir. Əlbəttə, son qərarı Rəhim Həsənov verəcək.KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.