AZ

"Gadamly" ilk quru yük gəmisi Bakı Limanına yanaşıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin Türkmənistanda inşa edilmiş "Gadamly" ilk quru yük gəmisi Bakı Beynəlxalq Dəniz Limanına yanaşıb.

Bakıvaxtı.az xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarına cəlb ediləcək.

Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur.

Yükgötürmə qabiliyyəti 6 100 ton olan, 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik "Gadamly" gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək.

Seçilən
35
3
bakivaxti.az

8Mənbələr