AZ

Akif İslamzadənin vəziyyəti açıqlandı

"Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır".

Metbuat.az xəbər verir ki, bu məlumatı oxu.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.

"Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir", - deyə həkim bildirib.

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.

Seçilən
35
24
metbuat.az

10Mənbələr