AZ

Tramp xələflərindən danışdı:

ABŞ Prezidenti Donald Tramp ölkənin hazırkı vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubionu ideal komanda və 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının potensial namizədləri adlandırıb.

 

Senzor.az bildirir ki, Tramp bu barədə Ağ Evdə keçirilən şam yeməyi zamanı danışıb.

 

“Bülletendə əla görünərdi: Vens və Marko. İdeal namizədlərdir”, – deyə Tramp vurğulayıb.

 

Bununla belə, ABŞ lideri onlardan hansının prezidentliyə, hansının isə vitse-prezident vəzifəsinə namizəd olacağını dəqiqləşdirməyib.

 

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ilin noyabrında keçiriləcək.

Seçilən
0
2
senzor.az

3Mənbələr