AZ

Putindən diqqətçəkən jest: İllər sonra görüşdü – Emosional anlar

Rusiya Prezidenti Vladimir Putin illər sonra keçmiş alman dili müəllimi Vera Dmitriyevna Gureviç ilə Moskvada görüşüb.

Görüş zamanı Putinin əlində çiçəklərlə müəllimini qarşılaması və onunla səmimi qucaqlaşması diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, Kreml tərəfindən verilən məlumata görə, Putin keçmiş müəllimi ilə uzun müddət təkbətək söhbət edib, daha sonra onu şam yeməyinə aparıb. Görüşün ən diqqətçəkən məqamı isə Putin tərəfindən müəlliminin şəxsən Kremlə aparılması olub.

Məlumata görə, Rusiya Prezidenti avtomobili özü idarə edib. Bu detal sosial şəbəkələrdə geniş müzakirə olunaraq, onu “nadir emosional və insani jest” kimi qiymətləndiriblər.

1952-ci il təvəllüdlü Putin Alman dili biliyini 1980-ci illərdə keçmiş Şərqi Almaniyada, Drezden şəhərində KQB xidmətində olarkən inkişaf etdirib. O, 2001-ci ildə Almaniya Bundestaqında alman dilində çıxışı ilə də yadda qalmışdı.

Qeyd edək ki, Putin əvvəlki illərdə də keçmiş müəllimləri ilə görüşüb. 2005-ci ildə Mina Yuditskaya-Berliner ilə görüşü də beynəlxalq mediada geniş rezonans doğurmuşdu.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr