AZ

Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb

Neftlə yüklənmiş tanker İran ətrafındakı münaqişənin başlanmasından bəri ilk dəfə olaraq Azərbaycandan Yaponiyaya çatıb. Bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Nefti ölkənin ən iri yanacaqdoldurma məntəqələri operatorlarından biri olan yerli neft emalı şirkəti “ENEOS” alıb.

Məlumata görə, tanker təxminən 45 min kilolitr neft gətirib ki, bu da Yaponiyanın gündəlik neft istehlakı normasının 16 faizinə bərabərdir.

Bildirilir ki, Azərbaycandan neft alınması Hörmüz boğazında gəmiçiliklə bağlı yaranmış problemlər fonunda Yaponiyanın neft tədarükünün şaxələndirilməsi çərçivəsində həyata keçirilir.

Tarix: 12 May 2026, 12:01   
Seçilən
40
10
pravda.az

10Mənbələr