Çinin cənubundakı Hunan əyalətində yerləşən bir yaşayış binasında baş verən yanğında 5 nəfərin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, yerli fövqəladə hallar idarəsinin açıqlamasına görə, Hengyang şəhərinin Yanfeng rayonu ərazisində yerləşən yaşayış binasında gecə saatlarında hələlik müəyyən edilməyən səbəbdən yanğın baş verib.