Numerologiyada insanların doğum tarixinin xarakterlərinə təsir etdiyi iddia olunur.
Bəzi tarixlərdə dünyaya gələn şəxslər maddi məsələlərə daha həssas yanaşır, pula qənaət etməyə üstünlük verir və xərcləməkdə çətinlik çəkirlər.
Numeroloqlar xüsusilə ayın 4-ü, 8-i, 13-ü, 17-si və 22-də doğulan insanların maliyyə mövzularında daha ehtiyatlı olduqlarını bildirirlər. Onların fikrincə, bu tarixlərdə doğulan şəxslər risk etməyi sevmir, qazandıqları pulu qorumağa çalışır və lazımsız xərclərdən uzaq dururlar. Numerologiyada “8” rəqəmi maddi güc və idarəçiliklə əlaqələndirilir. Bu səbəbdən 8 və 17 tarixində doğulanların pula xüsusi önəm verdiyi iddia edilir. Onların çox vaxt planlı, hesablı və qənaətcil olduqları qeyd olunur. Ayın 4-ü və 22-də doğulan şəxslərin isə daha sərt maliyyə intizamına sahib olduqları bildirilir
Numeroloqlara görə, bu insanlar gələcək üçün ehtiyat toplamağı sevir və maddi təhlükəsizliyi həyatlarının əsas prioritetlərindən biri hesab edirlər. Bəzi mütəxəssislər isə bu xüsusiyyətlərin “simiclik” kimi qiymətləndirilməsinin düzgün olmadığını düşünürlər. Onların fikrincə, həmin şəxslər sadəcə maliyyə məsələlərinə daha ciddi yanaşır və pulun dəyərini yaxşı bilirlər. /sfera.az/