Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində mühüm görüşlər keçirilib və qurumun regional nümayəndəliyinə yeni rəhbər təyin olunub.
AQC İctimaiyyətlə Əlaqələr Departamentindən FED.az-a verilən məlumata görə, İdarə Heyətinin sədri Vüqar Oruc və sədrin müşaviri Asif İbrahimov Naxçıvanda bir sıra rəsmi şəxslər və sahə mütəxəssisləri ilə bir araya gəliblər. Görüşlərdə muxtar respublikada qiymətləndirmə fəaliyyətinin canlandırılması və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.