Qeyd edim ki, tədbir çərçivəsində təşkil olunmuş mərasim zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalandı. Memorandumu Parlament Şəbəkəsinin sədri kimi mən və Aralıq Dənizi Parlament Assambleyasının prezidenti cənab Culio Çentemero imzaladıq. Eyni zamanda, Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verildi.
Parlament sədrlərinin 1-ci sammitində parlament diplomatiyası ilə bağlı məsələlər müzakirə olundu. Etdiyim çıxışda mən qeyd etdim ki, parlament diplomatiyası etibarlı, inklüziv olmalı və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanmalıdır. Bildirdim ki, Azərbaycan Milli Məclisi çoxtərəfli parlament platformaları çərçivəsində iş birliyinə xüsusi önəm verir. Biz parlamentlərarası əməkdaşlığı ortaq çağırışların həlli üçün mühüm vasitə hesab edirik. Xatırlatdım ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Azərbaycanın təşəbbüsü ilə yaranması və təşkilatın fəaliyyəti də ölkəmizin qlobal səviyyədə parlament əməkdaşlığının gücləndirilməsinə sadiqliyini əks etdirir.
Səfər çərçivəsində Monteneqro parlamentinin sədri cənab Andrija Mandiç ilə görüşüm oldu. Görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin inkişafında parlamentlərarası təmasların mühüm rolu qeyd olundu və biz qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında da fikir mübadiləsi apardıq. Hesab edirəm ki, Monteneqroya işgüzar səfər uğurlu oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31