AZ

"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılıb və həyata keçirilib" - Spiker



1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və dörd ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

Spiker vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılıb və həyata keçirilib.

“Müstəqil dövlətimizin Konstitusiyası hazırlanıb qəbul olunub, xalqımızın maraqlarına cavab verən daxili və xarici siyasətin strateji istiqamətləri müəyyən edilib. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradılıb. Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilib”.

Seçilən
11
2
baki-xeber.com

3Mənbələr