ain.az bildirir, Axar.az portalına istinadən.
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yanan anbar "Trendyol"a məxsus deyil.
Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a "Trendyol"dan bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın başlayıb. Yanğın başladıqdan sonra sosial mediada anbarın “Trendyol”a aid olması ilə bağlı iddialar yayılmağa başlayıb.
Onu da qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.