AZ

GAP YAP a girəcəkmi?

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan siyasi dairələrində keçmiş parlament sədri Rəsul Quliyev ilə əlaqələndirilən partiyanın hakim Yeni Azərbaycan Partiyası ilə mümkün birləşməsi barədə iddialar müzakirə olunur.

Rəsmi təsdiq verilməsə də, məsələ hakimiyyət-müxalifət münasibətləri və ölkədə partiya sisteminin vəziyyəti ilə bağlı debatları yenidən gündəmə gətirib.

Mövzu ətrafında yayılan şərhlərdən birində isə 1990-cı illərin sonlarında parlament daxilində müşahidə olunan siyasi qruplaşmalar və açıq səsvermələrin nəticələrinin ictimaiyyətə açıqlanmaması barədə diqqətçəkən xatirələr yer alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Real Partiyasının sabiq sədri İlqar Məmmədov da danışıb.

O bildirib ki, hökümətyönlü mediaya sızmış xəbərə əsasən, Rəsul Quliyevin partiyası YAP-a birləşir.

“Hələlik GAP bunu yüngülcə təkzib etsə də, təşəbbüsə şəxsən yaxşı baxıram. Bir yox, indikilərdən azı 15-20 partiya YAP-a birləşsə, vətəndaşımız da seçki seyrəngahına çıxanda gözünə açılan dürüstlük mənzərəsinə sevinər”.

İlqar Məmmədov həmçinin deyib:

“Rəsul Quliyevin 1990-larda YAP-dan getməsinə dair şəxsi xatirəm də var. Gənc BDU araşdırmaçısı kimi, 1996-cı ildə Milli Məclis katibliyinin rəhbəri ya da rəhbər müavini olan Səfa Mirzəyevin qəbuluna yazılmışdım. Gəlib dedim ki, açıq səsvermələrin adbaad nəticələrini mənə verin, sizə parlamentdəki qruplaşmaların söz-söhbət ilə deyil, rəqəmlərlə ifadə olunan mənzərəsini təqdim edim. Maraqla qarşıladı, amma nə aydın razılığını göstərdi, nə də yolumu bağladı: onun hansısa texniki işçisi 1995-96-cı illərə aid yüzlərlə səsverməni çap eləyib mənə verdi. Onları öncədən hazırladığım excell cədvəlinə dolduraraq rəqəmli və qrafik təsvirli nəticələri gətirib Səfa Mirzəyevə göstərdim. Bu dəfə o, əlini atdı alnına və indən belə səsvermələri kiməsə verməyi əməkdaşına qadağan elədi. Niyə bunu elədiyini hələ anlamırdım. Üstündən azca vaxt keçdi və məlum oldu ki, spiker Rəsul Quliyev sədrlikdən çıxır, ona sadiq 6-8 nəfər deputat isə YAP-dan ayrılaraq, ya da bitərəfliyin daşını ataraq sonra təzə partiyada birləşdilər. Onda hər şeyi anladım, çünki həmin 6-8 nəfərlik nüvəni mənim hesablamam aydın göstərmişdi. Məhz bunu Səfə Mirzəyevə göstərmişdim, amma siyasi səhnəni hələ yaxından tanımadığım üçün, onların səsvermə mövqeyindəki statistik fərqə izah tapa bilmirdim. Fərq cüzi idi, amma görünürdü. Yəni müxalifdən çox daxili fraksiya mənasına gəlirdi. O gün-bu gün, dünyanın bütün parlamentlərindən fərqli olaraq, açıq səsvermələrin adbaad nəticələri Azərbaycanda ictimaiyyətdən gizlədilir”.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
icma.az

1Mənbələr