Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb.
Marja.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində bildirilir.
Xatırladaq ki, yanvar-mart aylarında orta illik inflyasiya 5,7 % təşkil etmişdi.