Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Energetika naziri Pərviz Şahbazovun mayın 22-də Neftçalada keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul mayın 15-də saat 11:00-dan başlayaraq Neftçala rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4700, Neftçala şəhəri, Heydər Əliyev pr.34) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Gəncə" filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]), Agentliyin "Mingəçevir" filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və Agentliyin "Qarabağ" filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.