ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
"Apple" şirkətinin "iPhone 17" seriyası Çin bazarında böyük uğurlar qazanır. 2026-cı ilin aprel - may aylarında ölkədə aktivləşdirilmiş cihazların sayı 29,19 milyona çatıb.
Banco.az xəbər verir ki, "iPhone 17" satışları sabit artım göstərir. Bu rəqəm 12-ci həftədə 25,98 milyon, 14-cü həftədə isə 27,22 milyon təşkil edib. 2025-ci ilin sentyabr ayında təqdim edilən bu smartfonlar satışa çıxarıldığı gündən bəri böyük maraq doğurub.
Statistikaya görə, Çində satışa çıxarıldığı ilk üç gün ərzində təxminən 1 milyon "iPhone 17" seriyalı cihaz aktivləşdirilib ki, bu da əvvəlki nəsildən 30 faiz çoxdur. 2026-cı ilin altıncı həftəsinə qədər ümumi say 20 milyon həddini keçib.
Seriyanın ən populyar modeli "iPhone 17 Pro Max" olaraq qalır. 2026-cı ilin fevral ayının ortalarına qədər bu modelin aktivləşdirilmiş nüsxələrinin sayı 10 milyonu keçib.
Rəqib "Xiaomi" Apple-ın nəticələrindən çox geridə qalır. "Xiaomi 17" seriyasındakı bütün modellər cəmi 4,736 milyon ədəd satılıb. Ən bahalı seçim olan "Xiaomi 17" Ultra isə 207 mindən bir qədər çox satılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.