AZ

Prospektdə təhlükə: Gənc oğlan maşınların arasından qaçaraq yolu keçdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Ziya Bünyadov prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığında) piyadanın təhlükəli davranışı kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 9-da saat 18:22 radələrində qeydə alınıb. Görüntülərdə gənc oğlanın intensiv nəqliyyat axınının olduğu prospektdə yolu təyin olunmamış hissədən keçdiyi əks olunub. Belə ki, o, hərəkətdə olan avtomobillərə məhəl qoymadan qəfil şəkildə yolu qaçaraq keçir.

Kadrlardan aydın görünür ki, piyadanın bu hərəkəti sürücülər üçün gözlənilməz vəziyyət yaradıb. Belə hallarda sürücünün ani manevr etməsi və ya kəskin əyləcə basması zəncirvari qəza riskini artırır. Xüsusilə axşam saatlarında və sürətli yollarda piyadanın qəfil şəkildə hərəkət zolağına çıxması faciəvi nəticələrə səbəb ola bilər.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr