AZ

"Azərbaycan regionda “orta güc”ə çevrilib"- Vüqar Bayramov

"Azərbaycan tarixi günlərini yaşayır. Cənab Prezident sosial media hesablarında paylaşımında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı.
 2 gün öncə, Milli Liderin anadan olmasının 103-cü ildönümündə, cənab Prezident Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdanlar ilə görüşdü. Uzun fasilədən sonra,  keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar".

News365.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.
 

Deputat qeyd edib ki, bu günki Azərbaycan yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində geosiyasi mövqeyini daha da gücləndirən və regional “orta güc”ə çevrilən dövlətdir: "Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir.

Müasir Azərbaycan 88 milyard dollardan çox valyuta ehtiyatları ilə öz ehtiyatlarının ÜDM-ə nisbəti ilə dünyada ən yaxşı yerlərində qərarlaşan dövlətdir.  Xarici borcun ÜDM-dəki 6.5 faizi ilə dünyadan ən yaxşı onluğa daxil olan Azərbaycan eyni zamanda 76 milyard dollara yaxın ÜDM ilə Cənubi Qafqaz iqtisadiyyatında drayverə çevrilmiş dövlətdir"-o vurğulayıb.

V.Bayramov əlavə edib ki, Azərbaycan Zəfərdən keçən qısa müddətdən işğaldan azad oluna ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayıran və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini və təhsil almasını təmin edən dövlətdir: "Bu günki Azərbaycan son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edərək 16 ölkənin enerji təhlükəsizliyin töhvə verən dövlətdir.

Son 30 ildə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb edən Azərbaycanda yalnız son 6 ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən 5 sosial paketi reallaşdırılıb.
 Bu günki Azərbaycan cənab Prezidentin rəhbərliyi yalnız regional deyil, bir sıra qlobal məsələlərdə söz sahibi olan dövlətdir.

Nəhayət, ən əsası, bu günki Azərbaycan Milli Liderin memarı olduğu dövlətdir".

Seçilən
23
7
news365.az

10Mənbələr