
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğında “Birmarket”ə məxsus anbara da zərər dəyib.
Yeniavaz.comxəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.
Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.