AZ

Azərbaycanda hantavirusa yoluxma halları qeydə alınmayıb - Rəsmi

Bu günə qədər Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.

"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbə verir ki, bu barədə Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi məlumat yayıb.

Hantavirus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. Qeyd edilib ki, hazırki vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır. pizza hut

Mərkəz profilaktik məqsədlə əhaliyə sadə gigiyenik qaydalara əməl etmək tövsiyə edib. Bunun üçün yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət edilməli, gəmiricilərin məskunlaşmasının qarşısını almaq üçün mütəmadi deratizasiya tədbirləri görülməli, açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri aparılarkən qoruyucu vasitələrdən istifadə edilməli, gəmiricilərlə birbaşa təmasa yol verilməməlidir.

Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Buna görə də risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.


Telegram kanalımız
Seçilən
9
34
yenisabah.az

10Mənbələr