Fransanın Lion şəhərində keçirilən 20-ci Uşu üzrə Avropa çempionatında Azərbaycan idmançıları yüksək nəticələr əldə ediblər.
BAKU.WS-in məlumatına görə, 5–10 may tarixlərində baş tutan yarışda Azərbaycan Uşu Federasiyasının təmsilçiləri ümumilikdə 15 medal qazanaraq turniri uğurla başa vurublar.
Yığma komandamızın idmançıları 7 qızıl, 5 gümüş və 3 bürünc medal əldə ediblər.
Qızıl medal qazananlar:
Rüstəmzadə Tunar (48 kq, yeniyetmələr – Sanda)
İbrahimov Xəyal (52 kq, gənclər – Sanda)
Süleymanov Səid (56 kq, gənclər – Sanda)
Quluzadə Zaur (70 kq, gənclər – Sanda)
Cabbarlı Əli (56 kq, gənclər – Light Sanda)
Əsgərov Nihat (60 kq, gənclər – Light Sanda)
Eminov Elçin (70 kq, böyüklər – Light Sanda)
Gümüş medal qazananlar:
Hüseyn Ömər (56 kq, yeniyetmələr – Sanda)
Məmmədli Məhəmməd (48 kq, gənclər – Sanda)
Muradov Elçin (56 kq, gənclər – Light Sanda)
Samsur Harun (75 kq, gənclər – Sanda)
Hüseynov Babək (100+ kq, böyüklər – Tuişou)
Bürünc medal qazananlar:
Mikayılov Nadir (65 kq, gənclər – Sanda)
Gözəlov Bəylər (75 kq – Light Sanda)
Soltanlı Xədicə (48 kq, qadınlar)
Qeyd edilib ki, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elçin Eminov da yarışda bütün rəqiblərinə qalib gələrək 7-ci dəfə Avropa çempionu olub və növbəti dəfə mühüm nailiyyətə imza atıb.