
“Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə yalnız xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra Moskvaxaricində görüşə biləcək”.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, belə bir görüş mümkündür.
Peskov bildirib ki, bunun baş verməsi üçün vacib şərt lazımdır.
Siyasətçi qeyd edib ki, həll prosesi tam başa çatdıqdan sonra istənilən vaxt görüşmək məntiqlidir. Lakin onu yekunlaşdırmaq və son qoymaq üçün hələ çoxlu iş görülməlidir.
Daşqın HəsənovMissiya.Az