AZ

Premyer Liqa klubunda növbəti problem – Futbolçu ilə rəhbərlik üz-üzə

Premyer Liqa təmsilçisi “İmişli”də növbəti qalmaqal yaşanır.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərliklə qapıçı Andrey Sinenka arasındakı münasibətlər gərginləşib. Son turlarda iştirak ərizəsində adı olmayan qapıçı bu durumdan narazıdır.

Klub belaruslu qolkiperin zədəli olduğunu açıqlasa da, vəziyyət başqadır. Sinenka özü də “İmişli”nin bu açıqlamasına əsəbləşib.

Qapıçı yaxın çevrəsinə heç bir zədəsinin olmadığını və səbəbsiz yerə kənarda qaldığını bildirib. Ancaq rəhbərlik belaruslu qapıçı barədə yekun qərarını verib. Onunla yolların ayrılacağı gözlənilir.

Seçilən
36
idmanxeber.az

1Mənbələr