AZ

Elektrikli maşın almaq istəyən ailələrə dövlət dəstəyi veriləcək BU ÖLKƏDƏ

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniya hökuməti elektrikli nəqliyyat vasitələrinə keçidi sürətləndirmək məqsədilə yeni təşviq proqramı hazırlayıb.

Avtosfer.az xəbər verir ki, 2029-cu ilə qədər davam edəcək proqram çərçivəsində aşağı və orta gəlirli ailələrə dövlət dəstəyi veriləcək.

Məlumata görə, proqram 2026-cı ilin may ayından qüvvəyə minəcək. Yeni qaydalara əsasən, tam elektrikli avtomobil alan vətəndaşlar 6000 avroya qədər subsidiya əldə edə biləcəklər. Federal Ətraf Mühit Nazirliyi tərəfindən hazırlanan plana əsasən, 1 yanvar 2026-cı ildən etibarən qeydiyyata alınmış nəqliyyat vasitələri də geriyə dönük şəkildə bu təşviq proqramına daxil ediləcək.

Yeni dəstək mexanizmi əvvəlki proqramlardan fərqli olaraq ailələrin gəlir səviyyəsi və uşaqların sayına əsaslanacaq. Ən yüksək məbləğdə dəstək illik gəliri 45 min avrodan aşağı olan və iki uşağı olan ailələrə veriləcək. Proqram çərçivəsində tam elektrikli M1 kateqoriyalı minik avtomobilləri, həmçinin bəzi qoşulan hibrid modellər də dəstəklənəcək.

Qeyd olunur ki, gəlir səviyyəsi yüksəldikcə subsidiya məbləği mərhələli şəkildə azalacaq. İllik gəliri 80 min avrodan çox olan və uşağı olmayan şəxslər isə proqramdan yararlana bilməyəcəklər. Bir və ya iki uşaqlı ailələr üçün maksimum gəlir həddi 90 min avro müəyyən edilib.

Müraciət prosesi tam rəqəmsal və kağızsız şəkildə həyata keçiriləcək. Vətəndaşlar son iki ilə aid gəlir vergisi bəyannamələrini və uşaq müavinəti sənədlərini BundID sisteminə yükləməli olacaqlar. Rəsmilər müraciət prosesinin sürətli aparılması üçün ELSTER sertifikatı və ya elektron şəxsiyyət vəsiqəsinin vacib olduğunu bildiriblər.

Təşviqdən yararlanan şəxslər aldıqları avtomobili ən azı 36 ay öz adlarında saxlamalı və onu kommersiya məqsədilə istifadə etməməlidirlər.

Almaniya hökuməti 2029-cu ilə qədər davam edəcək proqram üçün ümumilikdə 3 milyard avro vəsait ayırıb. Məqsəd bu təşviq mexanizmi vasitəsilə təxminən 800 min elektrikli nəqliyyat vasitəsinin istifadəyə verilməsidir. Həmçinin bildirilib ki, hər vətəndaş bu proqramdan yalnız bir dəfə yararlana biləcək və hər ailə üçün bir avtomobil limiti tətbiq olunacaq.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
avtosfer.az

1Mənbələr