AZ

Lənkəranda zəncirvari QƏZA: Xəsarət alan var

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Lənkəranda İran vətəndaşının iştirakı ilə zəncirvari qəza baş verib.Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Şiləvar kəndindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata əsasən, Səhəd Dədəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil dönmə hərəkəti edərkən arxadan gələn İran vətəndaşı Yasir Əzizadənin idarə etdiyi “Volvo” markalı yük maşını minik avtomobilinə çırpılıb.

Toqquşmadan sonra idarəetmədən çıxan “VAZ-2107” əvvəlcə Əli Ramazanovun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə, daha sonra isə yol kənarındakı dirəyə dəyib.Qəza zamanı “VAZ-2107”-nin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.Hadisənin səbəbləri araşdırılır.Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
bizim.media

2Mənbələr