AZ

Ərindən ayrıldı, yenidən milyonçu oldu FOTOLAR

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

1990-cı və 2000-ci illərdə çəkildiyi filmlərlə böyük şöhrət qazanan amerikalı aktrisa Şennon Elizabet illər sonra Hollivuddan uzaqlaşaraq tamamilə fərqli bir həyat seçib və karyerasını geridə qoymuşdu.Demokrat.az xəbər verir ki, 2000-ci illərin əvvəllərində “Scary Movie” və “American Pie” film seriyalarındakı rolları ilə tanınan və dövrünün simvollarından biri kimi göstərilən Şennon Elizabet uzun müddət ictimai həyatdan uzaq, sakit həyat sürüb. O, ilk evliliyini karyerasının yüksəldiyi dövrdə aktyor Cozef D. Raitmanla edib, lakin cütlük 2005-ci ildə ayrılıb. Bundan sonra aktrisa sənətdən uzaqlaşaraq həyatını daha çox heyvanların qorunmasına həsr edib.ABŞ-da yaratdığı heyvanları mühafizə fondu ilə uzun illər fəaliyyət göstərən Elizabet daha sonra Cənubi Afrikaya köçüb. Burada vəhşi təbiətin qorunması və xüsusilə ovçuluğun hədəfi olan heyvanların müdafiəsi istiqamətində işlər aparıb. 2016-cı ildə Cənubi Afrikada məskunlaşan aktrisa burada heyvan haqları uğrunda çalışan aktivist Saymon Borxertlə tanış olub və 2021-ci ildə onunla ailə qurub. Lakin cütlük 2025-ci ildə yollarını ayırıb, boşanma prosesi isə bu yaxınlarda rəsmiləşib.Ayrılıqdan sonra Şennon Elizabet yeni sosial media platformasına qoşularaq ödənişli məzmun paylaşmağa başlayıb. Qısa müddətdə bu platformadan 1 milyon dollardan çox gəlir əldə etməsi diqqət çəkib.Məşhur aktrisa boşanmanın rəsmi şəkildə başa çatdığını təsdiqləyərək bunun həyatında yeni mərhələ olduğunu bildirib. O, gələcək planları barədə danışaraq Hollivudda yeni layihələrlə bağlı danışıqlara qayıtdığını da açıqlayıb.Elizabet hazırda Cənubi Afrikada qalmaq niyyətində olduğunu, burada həm şəxsi həyatı, həm də xeyriyyə fəaliyyəti ilə bağlı işlərini davam etdirmək istədiyini deyib. O, əvvəlki münasibətini xatırlayaraq keçmiş həyat yoldaşı ilə ortaq məqsədlərə sahib olduqlarını və bu dövrü dəyərli təcrübə kimi gördüyünü bildirib.Aktrisa “bəzən ən çətin dəyişikliklər insanı getməli olduğu yerə aparır” sözləri ilə həyatında yeni bir səhifə açdığını vurğulayıb.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
demokrat.az

1Mənbələr