AZ

700 min azərbaycanlıdan 320 mini geri qayıtmadı…

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında faşizm üzərində Qələbənin 81 illiyinə həsr olunan çıxış edib.

Musavat.com-un məlumatına görə, spiker deyib ki, mayın 9-da faşizm üzərində Qələbənin 81 illiyi qeyd olundu:

“Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib. Müharibə dövründə Azərbaycandan 700 minə yaxın adam cəbhəyə çağırılıb. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradılıb. 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Əsgər və zabitlərimiz döyüş meydanlarında misilsiz qəhrəmanlıq və şücaət göstərib. Həmvətənlərimiz 400 mindən çox döyüş ordenləri və medalları ilə təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilib. Azərbaycan yanacağı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb”.

S.Qafarova bildirib ki, İkinci Dünya müharibəsinin veteranları dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub:

“Biz onlara möhkəm can sağlığı arzulayırıq. Müharibə dövründə həlak olmuş həmvətənlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

Hörmətli həmkarlar, o müharibədən 75 il sonra Azərbaycan xalqının övladları qəhrəmanlıq ənənələrini İkinci Qarabağ müharibəsi günlərində də nümayiş etdiriblər. Nəsillər arasında əlaqə, milli-mənəvi dəyərlərə sədaqət və öz torpağı uğrunda fədakarlıq xalqımızın yenilməz ruhunun rəmzinə çevrilib”.

E.Paşasoy,
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr