AZ

Növbəti köç Xocavəndə çatıb - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr yurdlarına qovuşublar.

Hafta.az xəbər verir ki, bu gün Xocavənd şəhəri 6 ailə olmaqla 24 nəfərə, Qırmızı Bazar qəsəbəsi 6 ailə olmaqla 24 nəfərə, Xocavənd kəndi isə 6 ailə olmaqla 20 nəfərə qucaq açıb.

Köçürülən sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb, yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

12:34

Xocavənd şəhərinə, eyni adlı kəndə və Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanları yola salınıb.

Hafta.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülür.

Bununla da Xocavənd şəhərinə 331 (1289), Xocavənd kəndinə 74 (306 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 203 ailənin (858 nəfər) daimi qayıdışı təmin edilib.

Seçilən
15
9
hafta.az

10Mənbələr