AZ

Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.Belə ki, küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, görülən işlər çərçivəsində ərazidə taksilərin dayanması üçün şərait saxlanılır.  Belə ki, taksi nəqliyyat vasitələri mikromobillik zolağına yanaşı onlar üçün ayrılan yerdə dayana bilərlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
6
avtosfer.az

7Mənbələr