AZ

Masazırda mopedlə “hoqqa” verən yeniyetmə yolda təhlükə yaratdı VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Abşeron rayonu, Masazır qəsəbəsində mopedlə təhlükəli hərəkətlər edən yeniyetmə sürücü və sərnişin kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 9-da saat 16:37 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb. Görüntülərdə yeniyetmə sürücünün idarə etdiyi mopeddə sərnişinlə birlikdə hərəkətdə olan avtomobillərin arasından keçərək təhlükəli manevrlər etdiyi əks olunub.

Kadrlardan aydın görünür ki, onlar sıx nəqliyyat axını olan yolda avtomobillərin arasında hərəkət edir, bir neçə məqamda isə əks istiqamətli hərəkət zolağına çıxaraq həm özlərinin, həm də digər sürücülərin təhlükəsizliyini riskə atırlar.

Eyni zamanda, görüntülərdə sürücü və sərnişinin qoruyucu dəbilqədən istifadə etmədiyi də müşahidə olunur. Bu isə qəza halında xəsarət riskini daha da artıran əsas amillərdən biridir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
avtosfer.az

1Mənbələr