AZ

“Lill”in futbolçusu “Beşiktaş”ın radarında

“Lill”in futbolçusu Nabil Bentaleb karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə "Beşiktaş" yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

“Qara qartallar” artıq oyunçu ilə danışıqlara başlayıb. İstanbul təmsilçisi Fransa klubu ilə müqaviləsi yayda başa çatan əlcəzairli futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Bentaleb 2023-cü ildən "Lill"dən çıxış edir.

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

Addım-addım Premyer Liqaya! - "Hull Siti" finalda

DÇ-2026: Argentina millisinin geniş heyəti

“Barselona” bu gün çempionluq paradı keçirəcək

İkardi üçün BƏƏ variantı

Seçilən
64
1
apasport.az

2Mənbələr