AZ

Yeni enerji böhranı yaşanacaq? - 2035-ci ilin ssenarisi: benzin və dizel…

"Implementa" konsaltinq şirkəti qlobal neft emalı ilə bağlı araşdırma təqdim edib. Araşdırmanınnəticəsi olaraq, qeyd olunub ki, qlobal neft emalı gücü 2035-ci ilə qədər 21 faiz azala bilər.

Tədqiqata görə, qlobal neft emalı gücünün təxminən 10 faizi (gündə 9 milyon barel) azaldılıb. Daha 21 faizinin (gündə 18,4 milyon barel) 2035-ci ilə qədər bağlanma riski ilə üzləşəcəyi gözlənilir.

O da vurğulanır ki, son 10 ildə bağlanmaların əksəriyyəti Çində (30 faiz), Avropada (20 faiz) və Şimali Amerikada (5 faiz) baş verib. Tədqiqatın müəllifləri Avropanın 2035-ci ilə qədər neft emalı gücünün təxminən yarısını (49 faiz) itirə biləcəyini proqnozlaşdırıblar.

Maraqlıdır, neft emalının azalması hansı nəticələr verə bilər və iddia etmək olarmı ki, dünya yeni böhranla üz-üzədir?

Bakıvaxtı.az-ın suallarını cavablandıran neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildiribki, hazırda dünya enerji bazarı elə vəziyyətdədir ki, sabah nə olacağını proqnoz etmək çətindir. Onun sözlərinə görə, uzunmüddətli proqnozların xətası böyükdür:

“Çünki nəyin, necə olacağı bilinmir. 2020-ci ildən yeni dünya düzəni gündəmdədir. Bu prosesin 2035 və 2040-cı illərdə başa çatacağı da bəlli deyil. Proses uzumüddətlidir. Neft bazarının beşdə biri qədər daralması onunla bağlıdır ki, dünyada çox sürətlə elektromobillərə keçirilir. Artq neftə ehtiyac duyulmur. Neft emalı prosesi də ona adekvat olaraq, azalır”.

İlham Şaban: Daxiliyanma mühərrikli avtomobillərin sayı azalacaq, sırf elektrik maşınlar artacaq

Bununla yanaşı, müsahibimiz onu da əlavə edib ki, bu cür ssenari yeni deyil. Hətta 2015-ci ildən başlayaraq, 2035-2040-cı illər üçün bu cür ssenarilər mövcuddur:

“Bu, onunla bağlıdır ki, benzin və dizeldən daha az istifadə edirik. Ümumlikdə isə istər 2035, istərsə də 2040-cı il olsun neft hasilatının azalma prosesi proqnoz edilmir. Məsələn, hazırda 103-104 milyon barel gündəlik neft hasilatına dair statistikası varsa, 2040-cı il üçün bunun 110 milyon həddə çatdırılacağı gözlənilir. Bütün hallarda emal prosesində neftin yanacaq kimi istifadəsi azalacaq”.

Ekspert vurğulayıb ki, bunun da təsiri yalnız avtomobil sənayesinə ola bilər, çünki avtomobil sənayesində struktur dəyişikliyi ola bilər:

“Get-gedə daxiliyanma mühərrikli avtomobillərin sayı azalacaq, sırf elektrik maşınlar artacaq. Bu infrastrukt inkişaf edəcək. Burada təccüblü heç nə yoxdur. Bunun da bizə nə istisi var, nə də soyuğu”.

Seçilən
13
2
turkustan.az

3Mənbələr