Azərbaycan Prezidentinin fərdi təqaüdünü alan şəxslərin sayı açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a bildirilib ki, hazırda ölkədə 313 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ödənilir.
Qeyd olunub ki, ədəbiyyat, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidentinin fərdi təqaüdü təsis edilib və hazırda bunun məbləği 1700 manatdır.