71 yaşlı əməkdar artist Ruhəngiz Allahverdiyeva yeni görünüşü və fərqli ifası ilə diqqət mərkəzinə düşüb.
Klipdən yayılan görüntülərdə müğənninin qeyri-adi obrazı və səhnə performansı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə onun rok tərzindəki imici izləyicilərin diqqətini çəkib.
Bəzi sosial media istifadəçiləri sənətçini ilk baxışda tanımaqda çətinlik çəkdiklərini bildiriblər. Digərləri isə Ruhəngiz Allahverdiyevanın fərqli imicdə görünməsini maraqlı və cəsarətli addım kimi qiymətləndiriblər./milli.az/