AZ

Belçikada orta əsr kəndləri ilə bağlı yeni arxeoloji tapıntılar aşkar edilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Brüssel, 12 may, AZƏRTAC

Belçikanın Flandriya bölgəsində aparılan yeni arxeoloji araşdırmalar orta əsr kəndlərinin quruluşu və sakinlərin gündəlik həyatı barədə yeni məlumatlar ortaya çıxarıb.

AZƏRTAC xəbər verir ki, tədqiqatçıların nəzəriyyəsinə görə həmin dövrdə kəndlər əsasən balıqçılıq və kənd təsərrüfatı ilə məşğul olan icmalardan ibarət olub. Evlər bir-birinə yaxın tikilir, tikintidə əsasən ağac, gil və sonrakı mərhələlərdə kərpicdən istifadə edilirdi.

Araşdırmalar göstərib ki, bəzi kəndlərdə emalatxanalar, pivə istehsalı məkanları və ümumi istifadəyə açıq sahələr də mövcud olub. Arxeoloqlar qazıntılar zamanı keramika nümunələri, məişət əşyaları və ticarət əlaqələrini təsdiqləyən xarici mənşəli məhsul qalıqları aşkar ediblər.

Mütəxəssislərin fikrincə, əldə olunan tapıntılar Flandriyada orta əsr cəmiyyətinin iqtisadi və sosial həyatını daha dəqiq şəkildə öyrənməyə imkan verəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
azertag.az

1Mənbələr