AZ

Azərbaycan postmünaqişə şəhərsalma təcrübəsini dünyaya təqdim edəcək Fariz İsmayılzadə

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bugünkü dəyirmi masa çox vacib bir mövzuya həsr olunub və mən çıxışımda iki əsas məqama toxunmaq istərdim. Birinci məqam ondan ibarətdir ki, bildiyiniz kimi, yaxın günlərdə Azərbaycanda böyük beynəlxalq tədbir Ümumdünya Şəhərsalma Forumu keçiriləcək. Bu forum BMT sistemi çərçivəsində təşkil olunur və on minlərlə qonaq Azərbaycana gələcək. Forum Azərbaycan üçün öz təcrübəsini bölüşmək baxımından çox gözəl bir imkandır. O cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, postmünaqişə zonalarında həyata keçirilən şəhərsalma təcrübəsi təqdim olunacaq".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Əslində, Azərbaycan bu sahədə hazırda dünyada bəlkə də ən təcrübəli ölkələrdən biridir. Çünki Azərbaycan kimi ərazilərini tam şəkildə bərpa edən və on minlərlə insanı yenidən öz doğma torpaqlarına qaytaran ikinci bir ölkə demək olar ki, yoxdur. Hazırda həmin ərazilərdə həm infrastruktur layihələri həyata keçirilir, həm yaşıl zonalar salınır, həm “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri qurulur, eyni zamanda da o bölgələrin sosial həyatı yenidən bərpa olunur. İnsanlar, icmalar və məhəllələr öz doğma yerlərinə qayıdır. Bu isə Azərbaycanın əldə etdiyi çox böyük bir təcrübədir və biz həmin forumda bu təcrübəni dünya ilə bölüşəcəyik.

Bu, bir daha onu göstərir ki, Azərbaycan doğrudan da Qarabağın sahibidir, Qarabağ torpağına doğma yurd kimi yanaşır. Hər il dövlət büdcəsindən 4–4,5 milyard manat vəsait ayrılır ki, həmin ərazilər bərpa olunsun, ora sülh və sabitlik qayıtsın, region yenidən çiçəklənsin".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
redaktor.az

2Mənbələr