AZ

Natiq Məmmədli: "Prezidentin sülh çağırışına media və insanlar böyük önəm verir"



Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib ki, Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Dünyada baş verən proseslərə toxunan N. Məmmədli vurğuladı ki, bütün dünyanın ən çox ehtiyac duyduğu məsələ sülh və firavan yaşayışdır. N. Məmmədli qeyd etdi ki, Prezident İlham Əliyev Zəngilanda sakinlərlə görüşdə oradan bütün dünyaya bir daha sülh mesajı verib. "Prezident haqlı olaraq qeyd etdi ki, Azərbaycan regionda sülhün müəllifidir. Prezidentin sülh çağırışına media və insanlar böyük önəm verir. Azərbaycan dünyada sülh modeli yaradan dövlətdir". N.Məmmədli vurğulayıb ki, sülh təşəbbüslərində medianın da üzərinə böyük iş düşür:"Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir". İradə SARIYEVA
Seçilən
29
5
baki-xeber.com

6Mənbələr