ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 15 faiz və ya 407 milyon manat çox olmaqla 3 milyard 76 milyon manat təşkil edib.
Bu barədə AZƏRTAC-a DSMF-dan məlumat verilib.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 124 milyon manat artaraq 2 milyard 216 milyon manat olub.
Bu ilin 4 ayında DSMF-nin xərcləri isə 2 milyard 756 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 255 milyon manat çoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.