AZ

Sürücünü soymuşdular 10 il CƏZA aldılar

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi Rauf Salmanzadənin  və Tural Eyvazovun 10  il müddətinə azadlıqdan məhrum edildiyini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Rauf Salmanzadənin və Tural Eyvazovun ayrılıqda 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumatına əsasən 2025-ci ilin fevral ayının  7-də gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi "Jeep" markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib.Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən  Rauf Salmanzadə və Tural Eyvazov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə məsuliyyətə cəlb olunublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
lent.az

10Mənbələr