AZ

Yaşlı piyada qayda pozdu; yol polisi cərimə yox, kömək etdi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bəzən piyadalar yolu onlar üçün nəzərdə tutulmayan hissədən keçərək həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atırlar. Belə hallardan biri paytaxt ərazisində, Azneft dairəsi yaxınlığında qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, yaşlı qadın yolu piyada keçidi olmayan hissədən keçmək istəyərkən ərazidə xidmət aparan yol polisi əməkdaşı ona yaxınlaşaraq təhlükəsiz şəkildə yolu keçməsinə kömək edib. Daha sonra qadına yol hərəkəti qaydaları izah olunub, piyadalar üçün nəzərdə tutulmayan hissədən keçməyin təhlükəli olduğu diqqətinə çatdırılıb.

Azərbaycan polisi təkcə asayişin qorunmasında deyil, vətəndaşlara yardım göstərilməsi və yol hərəkəti mədəniyyətinin formalaşdırılması istiqamətində də mühüm rol oynayır.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
avtosfer.az

1Mənbələr