JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin fərdi layihələr kateqoriyası üzrə qalibi olan “Öyrən, Layihələndir, Paylaş! Sinifdə Layihə Əsaslı Öyrənməyə Keçid” adlı qrant layihəsi yekunlaşıb.

Qeyd edək ki, layihə çərçivəsində ilkin mərhələdə 10–12 müəllimə layihə əsaslı öyrənmə metodikası ilə bağlı məlumatlar təqdim olunub, mövzu ətrafında müzakirələr aparılıb. Yekunlaşdıqdan sonra videoların çəkilişinə başlanılıb. Ümumilikdə 8 video hazırlanıb. Videolar vasitəsilə layihə əsaslı dərsin planlaşdırılması, problem qoyuluşu və nəticəyönümlü fəaliyyət nümunələri, tətbiq mərhələləri, şagird fəaliyyətinin təşkili və qiymətləndirmə nümunələri kimi məlumatlar təqdim olunub.

Proses yekunlaşdıqdan sonra bu video materiallar bir sessiya çərçivəsində şagirdlərə təqdim edilib. Layihənin əsas məqsədi layihə əsaslı öyrənmə metodikasını təşviq etmək, bu yanaşma vasitəsilə ümumtəhsil məktəblərində çalışan müəllimlərin və şagirdlərin müvafiq sahədə metodiki və praktik bacarıqlarını inkişaf etdirməkdir.

Xatırladaq ki, layihə Qəbələ rayonu, Vəndan qəsəbəsi, E. Bəşirov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Nuranə Eyyubova tərəfindən icra olunub.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX