“Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən Markus Reşford İngiltərə klubuna qayıtmaq istəmir.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı hücumçu Barselonadakı həyatından və komandadakı durumundan razıdır. Hətta Mançester klubunda əsas heyətdə yer və Çempionlar Liqasında oynamaq imkanı belə, onun qərarını dəyişmir.
Qeyd edək ki, Reşfordun icarə müqaviləsində 30 milyon avroluq satınalma maddəsi yer alıb.